Azərbaycanda koronavirusla bağlı son vəziyyət

azerbaycanda-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 1452

Bu gün Azərbaycanda koronavirusla bağlı 3833 test edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TƏBİB-in açıqladığı statistik göstəricilərdə məlumat verilir. Bununla da ölkədə Covid-19 testlərinin sayı  235 min 910-a çatıb. Ölkədə ümumilikdə 3384 nəfər koronavirusa yoluxub. 1292 nəfər aktiv xəstədir. 56 nəfər reanimasiyada, 17 nəfər süni tənəffüs aparatındadır.

İndiyədək 2055 nəfər koronavirusa qalib gəlib.

Qeyd edək ki, bu gün Azərbaycanda 113 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər isə dünyasını dəyişib. 40 nəfər sağalaraq evə buraxılıb.