Azərbaycanda sosial şəbəkələrə giriş niyə bağlanmışdı? - Azercell-dən açıqlama

azerbaycanda-sosial-sebekelere-giris-niye-baglanmisdi
Oxunma sayı: 6151

14 aprel saat 14:55-16:58 aralığında Azercell şəbəkəsindən qaynaqlanmayan problemlərdən dolayı facebook/instagram/whatsapp platformalarından istifadədə çətinlik yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Azercell şirkətindən açıqlama verilib.

Şirkətdən bildirilib ki, yalnız mobil deyil, həm də “Wi-fi” şəbəkəsi üzərindən adıçəkilən platformalardan istifadə zamanı müşahidə edilən çətinliklər qlobal xarakter daşıyıb.

Qeyd edilib ki, hazırda müvafiq plarformalardan istifadə imkanı bərpa edilib.