Sentyabrın 4-6-da Gənclər və İdman Nazirliyi, Azərbaycan Su İdman Növləri Federasiyası (ASİNF) və “BAKI” Balıqçılar və Sualtı Ovçular Klubunun birgə təşkilatçılığı ilə karpfişinq (balıqtutma) üzrə Azərbaycan çempionatı keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, Şamaxı rayonu Çuxuryurd kəndində eyni adlı göldə baş tutacaq yarış çərçivəsində iştirakçılar müəyyən olunmuş qaydalara uyğun olaraq mübarizə aparacaq, nəticələrə əsasən Azərbaycan çempionatının qalib və mükafatçıları müəyyənləşdiriləcək.
Çempionatın yekununda fərqlənənlər medal və müvafiq mükafatlarla təltif olunacaqlar.
Qeyd edək ki, karpfişinq sazan balığının xüsusi üsullarla tutulmasına əsaslanan idman növüdür. Bu idman növündə əsas diqqət yalnız balığın tutulmasına deyil, həm də texniki hazırlığa, taktiki yanaşmaya və iştirakçının səbrinə yönəlir.
Son xəbərlər
Son Xəbərlər