Məşhur britaniyalı səyahət bloqeri Hari Jaqqard Azərbaycana səfəri ilə bağlı paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, o, sosial şəbəkə hesabında Lənkəranda başına gələn maraqlı hadisə haqqında video yayımlayıb.
Paylaşımda o, restoranların birində içində pulu, sənədləri və digər əşyaları olan çantasını unutduğu barədə danışıb. Təxminən 1 saatdan çox vaxt keçdikdən sonra bloqer yenidən həmin restorana qayıdıb və çantasına toxunulmadığını görüb. Jaqqard təşəkkür əlaməti olaraq, restoran əməkdaşlarına bəxşiş vermək istəsə də, onlar bundan imtina ediblər.
Bu hadisədən çox mütəəssir olan bloqer Azərbaycan xalqına təşəkkürünü video paylaşmaqla edib. O, Azərbaycanın dünyanın ən təhlükəsiz və qonaqpərvər ölkələrindən biri olduğunu bildirib.
Qeyd edək ki, səyahət videoları ilə tanınan H.Jaqqardın sosial şəbəkələrdə milyonlarla izləyicisi var.
Son xəbərlər
Son Xəbərlər