İranda toya hücumda yaralananların sayı artdı

iranda-toya-hucumda-yaralananlarin-sayi-artdi
Oxunma sayı: 526

İranın Hörmözqan ostanının Sirik şəhərində toy mərasiminin atəşə tutulması nəticəsində yaralananların sayı 68 nəfərə çatıb.

“Qafqazinfo” IRNA-ya istinadən xəbər verir ki, bu barədə ostanın qubernatorunun müavini Əhməd Nəfisi məlumat yayıb.

Son məlumatlara görə, hücum nəticəsində azı 5 nəfər ölüb. 

Qeyd edək ki, daha əvvəl İran tərəfi hücumda 50 nəfərin yaralandığını açıqlamışdı