Azərbaycanda tanınmış aktyor evində ölü tapılıb - Foto

azerbaycanda-taninmis-aktyor-evinde-olu-tapilib
Oxunma sayı: 14391

Azərbaycanlı aktyor Sadiq Əhmədov vəfat edib.

"Qafqazinfo"nun məlumatına görə, 62 yaşlı aktyor ötən gün Bakıda yaşadığı evdə ölü tapılıb.

Tanınmış aktyorun iki gün öncə vəfat etdiyi məlum olub. Mərhum aktyor ötən gün dəfn olunub.

Qeyd edək ki, Sadiq İsa oğlu Əhmədov 1960-cı ildə Şərurda anadan olub. O,  “Əlvida, cənub şəhəri”, “Cavid ömrü”, “Qafqaz”, “Məhkumlar”, “Etimad telefonu”, “Səhərə inan...”, ”Dolu” kimi bədii filmlərdə, “Şirəbənzər”, “Arabir görüşməyə kişi axtarıram” və s. tamaşalarda müxtəlif obrazlar yaradıb.

Emin Səfərov