Azərbaycanın 10 milyonuncu sakini doğuldu

azerbaycanin-10-milyonuncu-sakini-doguldu
Oxunma sayı: 4438

Azərbaycanda 10 milyonuncu sakin doğulub.

Bu barədə “Qafqazinfo”ya Səhiyyə Nazirliyindən məlumat verilib. Ölkənin 10 milyonuncu sakini aprelin 6-da, saat 03:30-da Bakı şəhərində dünyaya gəlib. 

Rauf Həsənov və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir. 

Nazirlikdən bildirilib ki, körpə tam sağlamdır və peşəkar tibb işçilərinin nəzarəti altındadır.

Nigar Ocaqova doğuşu Bakıdakı xəstəxanalardan birində həyata keçirib. 

Murad Əhməd