Azərbaycanın BMT-nin Cenevrədəki bölməsinə yeni daimi nümayəndə təyin edildi

azerbaycanin-bmt-nin-cenevredeki-bolmesine-yeni-daimi-numayende-teyin-edildi
Oxunma sayı: 1538

Prezident İlham Əliyev Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Qalib İsrafilov Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.