Azərbaycanın strateji valyuta ehtiyatları 81 milyardı ötüb

azerbaycanin-strateji-valyuta-ehtiyatlari-81-milyardi-otub
Oxunma sayı: 1555

Azərbaycanın strateji valyuta ehtiyatları 14,7 faiz və ya 10,5 milyard dollar artaraq bu il 81,5 milyard dollara bərabər olub.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi brifinqdə deyib.

T.Kazımov qeyd edib ki, Mərkəzi Bankın valyuta ehtiyatları isə 11,31 milyard dollar təşkil edib: “Ölkənin strateji valyuta ehtiyatları 37 ay mal və xidmətlərin maliyyələşməsinə kifayət edir ki, bu da kifayət qədər yüksək göstəricidir”.