“Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edirik”

azerbaycanla-ermenistan-arasinda-sulh-sazisinin-imzalanacagina-umid-edirik
Oxunma sayı: 645

“BMT Baş Assambleyası beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edir”.

“Qafqazinfo” verir ki, bunu BMT Baş Assambleyasının 78-ci prezidenti Dennis Fransis XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

“BMT Baş Assambleyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşlərin yenidən bərpası və onlar arasında keçirilən Münhen görüşü və bunun ardınca iki ölkənin Xarici İşlər Nazirliyi rəhbərlərinin görüşünü təqdir edir. Sülh və təhlükəsizliyin əldə olunması və bərpası istiqamətində daha çox addımların atılacağını, proqresə nail olunacağına inanırıq və gözləyirik”, - deyə o qeyd edib.