Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Azərbaycanla münasibətlərini yüksək qiymətləndirərək, ikitərəfli əlaqələrin həm siyasi, həm də iqtisadi müstəvidə uğurla inkişaf etdiyini bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, Rusiya lideri bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində xarici media orqanlarının rəhbərləri ilə keçirilən görüşdə danışıb.
Putinin sözlərinə görə, Rusiya ilə Azərbaycan arasındakı əlaqələr hər zaman müsbət məcrada olub və bu gün də eyni templə davam edir. O, Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq müqaviləsinə konkret məzmun vermək üçün xeyli səy göstərdiyini xüsusi vurğulayıb.
Rusiya dövlət başçısı iqtisadi və humanitar əməkdaşlığın rəqəmlərini də açıqlayıb və tezliklə İlham Əliyevlə yeni görüşünün baş tutacağını elan edib:
“Azərbaycanla Rusiya arasında münasibətləri yaxşı qiymətləndirirəm. Həm siyasi, həm də iqtisadi baxımdan həmişə yaxşı münasibətlərimiz olub. Azərbaycan iqtisadiyyatına 10 milyard rubldan çox Rusiya investisiyası qoymuşuq. Humanitar məsələlərdə sıx əməkdaşlığımız var. Moskva Rusiyanın humanitar yardımlarının İrana çatdırılması prosesində göstərdiyi logistik dəstəyə və köməkliyə görə Prezident İlham Əliyevə xüsusi minnətdardır”.
Son xəbərlər
Son Xəbərlər