“Bu, məhsuldarlıq artımına gətirib çıxaracaq”

bu-mehsuldarliq-artimina-getirib-cixaracaq
Oxunma sayı: 857

“Dünyanın müxtəlif beynəlxalq təşkilatlarının hesablamalarına görə, 2050-ci ilə qədər Azərbaycan susuzluqdan əziyyət çəkən 35 ölkə arasında olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası və Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramındən irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransında bildirib.

O qeyd edib ki, Dövlət Proqramında müasir suvarma altında olan sahələrin 130 min hektardan 300 min hektara qədər çatdırılması hədəf kimi qarşıya qoyulub.

Z.Əliyev həmçinin bildirib ki, bu, məhsuldarlıq artımına gətirib çıxaracaq. Müasir suvarma şəbəkəsinin yaradılması ilə yanaşı, torpaq konsolidasiyası da dövlət proqramının Azərbaycanda tətbiqi üçün əsas tədbirlərdən biridir.

***

Zaur Əliyevin sözlərinə görə, Aqrar Subsidiya Şurasının qərarı ilə 2026-cı il üçün Naxçıvan Muxtar Respublikasında kartof, tərəvəz və bostan əkinləri üzrə subsidiya əmsallarına yenidən baxılıb.

O qeyd edib ki, müasir suvarma sistemlərinə dövlət dəstəyi gücləndirilir: “Yeni subsidiya əmsallarında müasir suvarma altındakı əkinlər hər hektar üçün ənənəvi suvarma ilə müqayisədə 150 AZN artıq əkin subsidiyası alacaqlar”.

O bildirib ki, Şuranın qərarına uyğun olaraq müasir suvarma altında şəkər çuğunduru əkən fermerlər hər ton üçün 22 manat, ənənəvi suvarma altında əkən fermerlər isə 19 manat məhsul subsidiyası alacaqlar.

Şuranın qərarı ilə Naxçıvan iqtisadi rayonunda əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə belə müəyyən edilib.

Gülnar Əliyeva