“Azərbaycanlı diversantın saxlanılması xəbəri yalandır”

azerbaycanli-diversantin-saxlanilmasi-xeberi-yalandir
Oxunma sayı: 2521

Ermənistan Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə guya İrəvanın mərkəzində azərbaycanlı diversantın saxlanılması ilə bağlı yayılan məlumatları təkzib edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan DİN-in Mətbuat xidməti yayıb. 

Bildirilir ki, polis İrəvanda rusiyalı turisti onun üzərində narkotik maddə olması şübhəsi ilə saxlayıb. 

Polis bölməsinə aparılan həmin şəxsdə isə narkotik maddə aşkar edilməyib. Onun Ermənistana turist kimi səfər etdiyi məlum olub. 

Qeyd olunur ki, sosial şəbəkələrdə bu hadisə ilə bağlı guya İrəvanın mərkəzində azərbaycanlı diversantın saxlanılması barədə şayiələr yayılıb.