Kiprdə 28 yaşlı azərbaycanlı gənc estoniyalı sevgilisi ilə Estoniyaya deportasiya edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Kiprinform” portalı yayıb.
Məlumata görə, azərbaycanlı gənc 27 yaşlı sevgilisi ilə Kiprdən deportasiya edilməzdən əvvəl 2 həftə ərzində istintaq təcridxanasında saxlanılıb.
Bildirilib ki, onlar Larnak, Limassol və Pafosda İsrailə aid daşınmaz obyektləri izləyərək onların fotolarını çəkməkdə təqsirləndirilərək fevralın 27-si həbs ediliblər. Məhkəmə onlar barəsində deportasiyaya qədər həbs qətimkan tədbiri seçib.
Son xəbərlər
Son Xəbərlər