Azərbaycanlı müğənni toyda oxuyarkən ölüb? - Yenilənib

azerbaycanli-mugenni-toyda-oxuyarken-olub
Oxunma sayı: 11238

“Azərbaycanın səsi -3”ün finalçısı Rəşad Ənvəroğlu dünyasını dəyişib.

Qafqazinfo” xəbər verir ki, bu barədə müğənni Emin Bədəlov sosial şəbəkədə məlumat verib.

Müğənni həmkarı ilə fotosunu paylaşaraq hər kəsə başsağlığı diləyib.

Paylaşımda onun ölümü barədə şərhlər yazılıb. Bildirilib ki, Rəşad toyda ifa edərkən ölüb.

Həmçinin, onun evli və iki azyaşlı övladının olduğu qeyd edilib. 

***

Müğənni Rəqsanə İsmayılova mərhum sənətçinin trompdan dünyasını dəyişdiiyni söyləyib:

"Bu gün mətbuatda müğənninin toyda yaxud namaz vaxtı dünyasını dəyişdiyini yazıblar. Əzizlərim, Rəşad evdə dostlarının yanında trombdan rəhmətə gedib. Toyda yaxud namaz üstdə olmayıb. Bu gün Azərbaycana gətiriləcək. Allah yoldaşına, ailəsinə səbr versin. Allah rəhmət eləsin".