Nəriman oynamadı, komandası xal itirdi

neriman-oynamadi-komandasi-xal-itirdi
Oxunma sayı: 423

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin də formasını geyindiyi “Kolambus Kryu” MLS-in Şərq Konfransında 7-ci tur oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, komanda “Orlanda Siti”ni qəbul edib. Görüş 1:1 hesabı ilə nəticələnib.

Nəriman matçın iştirak ərizəsində yer alsa da, meydana daxil olmayıb.