“Elə sahələr var ki, orada qabaqlayıcı tədbirlər görülməyəndə bir müddətdən sonra olan yeyintilər 100 milyona çatır”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı bildirib.
“Bir az zaman keçəndə milyardlarla ölçülən yeyintilərə gətirib çıxarır. Ona görə də bu sahədə daxili auditin rolunun artırılması onun həm obyektivliyi baxımdan, həm də orada olan çatışmazlıqların aradan qaldırılması baxımdan müsbət təsir göstərər”, - deputat qeyd edib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər