Azərbaycanlı nazirlərdən qaçqınlara - 30 min dollar yardım

azerbaycanli-nazirlerden-qacqinlara-
Oxunma sayı: 7686

Ümumdünya Taekvondo Federasiyası (WTF) qaçqınlara yardım məqsədilə "Lövhələri qırın, həyatınızı dəyişdirin" devizi altında fond yaradıb.

"Qafqazinfo" Sportnet.az-a istinadən xəbər verir ki, ötən gün Bakıda keçirilmiş Qala Gecə çərçivəsində Taekvondo Humanitar Fonduna köçürmələr edilib. Gənclər və idman naziri Azad Rəhimov və fövqəladə hallar naziri, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Taekvondo Federasiyası adından fonda 30 min dollar köçürüblər.

WTF prezidenti Çunqvon Çu özü və WTF əməkdaşları adından 10 min dollar ödəyib. Eyni məbləği Rusiya Taekvondo Federasiyası adından Anatoli Teryoxov verib. WTF baş katibi Hoss Rafati 5 min dollar, Hakimlər Komitəsinin sədri Çakır Çelbat isə 4,5 min dollar söz verib.