Yağışın yaratdığı fəsadlar aradan qaldırılır - Video

yagisin-yaratdigi-fesadlar-aradan-qaldirilir
Oxunma sayı: 253

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri davam etdirilir.

FHN-dən “Qafqazinfo”ya bildirilib ki, hazırda Bakı şəhərinin Xəzər, Nizami, Sabunçu, və Səbail rayonlarında, Abşeron və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri həyata keçirilir.

Qeyd edəki ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri FHN-in Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri tərəfindən görülür.