“ABŞ gəmiləri hücumlardan sonra ilk dəfə Hörmüzdən keçib”

abs-gemileri-hucumlardan-sonra-ilk-defe-hormuzden-kecib
Oxunma sayı: 593

“ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri İrana hücumlardan sonra ilk dəfə Hörmüz boğazından keçib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ və İsrailin İrana qarşı hücumlarının başlanmasından bəri ilk dəfə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər Hörmüz boğazından keçib.

Məlumata görə, bir neçə hərbi gəmi boğazdan təhlükəsiz şəkildə keçid edib və bu hərəkət İranla əlaqələndirilməyib.

Bu, münaqişə başlayandan bəri ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında ilk qeydə alınan keçidi kimi qiymətləndirilir.

Qeyd edək ki, gərginlik fonunda İran Silahlı Qüvvələrinin Hörmüz boğazında bəzi məhdudiyyətlər tətbiq etdiyi, ABŞ, İsrail və onların müttəfiqləri ilə əlaqəli gəmilərə qarşı hücumların həyata keçirildiyi bildirilmişdi.

Məlumata görə, İran bəzi ölkələrin gəmilərinə koordinasiya şərti ilə keçid icazəsi verib, eyni zamanda, İraqın boğazla bağlı məhdudiyyətlərdən azad edildiyini açıqlayıb. İran mediası isə boğazdan gündə orta hesabla təxminən 10 gəminin keçdiyini yazıb.