Azərbaycanlı professor dünyasını dəyişdi

Azərbaycanlı professor dünyasını dəyişdi
Oxunma sayı: 4150

Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Mehdizadə Nizam Mirxas oğlu dünyasını dəyişib.

"Qafqazinfo" xəbər verir ki,  alimlə bu gün vida mərasimi keçrilib və o,  Biləsuvarın Yuxarı Cürəli kəndində torpağa tapşırılıb. 

Qeyd edək N.Mehdizadə 1949-cu ildə Lerik rayonunda anadan olub. Pedaqoji fəaliyyətinin əsası ADPU ilə   bağlı olub.

Təhsil sahəsində xidmətlərinə  görə Prezidentin fərmanı ilə “Tərəqqi medalı” ilə təltif olunub. 

Surxay Şahbazov