Rusiyada qubernator saxlanıldı

rusiyada-qubernator-saxlanildi
Oxunma sayı: 191

Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, qubernator mənimsəmədə şübhəli bilinir və hazırda onunla bağlı istintaq hərəkətləri aparılır.
Mümkün mənimsəmənin hansı sahədə baş verdiyi və dövlətə dəymiş ziyanın məbləği barədə hələlik məlumat verilməyib.