“Qafqazinfo” xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Musa Yaqubun oğlu Şəhriyar Yaqubov İstanbul şəhərindən bildirib.
Onun sözlərinə görə, hazırda Musa Yaqub əməliyyat olunmaq üçün hazırlanır və bir azdan əməliyyat stoluna aparılacaq:
“Onun böyrəyində daş var. Çox güman ki, həkimlər o daşları əritmə yolu ilə götürəcəklər. Ümumi vəziyyəti isə normaldır və səhhətində heç bir ciddi fəsadlar yoxdur”.
Xatırladaq ki, Musa Yaqubun səhhətinin kəskin pisləşməsi ilə bağlı mətbuatda xəbər yayılıb.
Son xəbərlər
Son Xəbərlər