“Azeri Light” neçəyə satılır?

azeri-light-neceye-satilir
Oxunma sayı: 1144

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.13 ABŞ dolları və ya 1.30% azalaraq 85.73 ABŞ dollarına enib.

Xatırladaq ki, ötən gün neftimiz 86.86 ABŞ dollarına ticarət edilib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.