“Azeri Light” ucuzlaşdı

azeri-light-ucuzlasdi
Oxunma sayı: 464

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,12 ABŞ dolları və ya 0,93 % azalaraq 118,56 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, neftimizin əvvəlki qiyməti 119,68 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.