“Azeri Light”ın bugünkü qiyməti açıqlandı

azeri-lightin-bugunku-qiymeti-aciqlandi
Oxunma sayı: 581

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,42 ABŞ dolları və ya 3,37% azalaraq 69,29 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, ötən gün neftimiz 71,71 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.