“Azeri Light”ın qiyməti 89 dollara çatır

azeri-lightin-qiymeti-89-dollara-catir
Oxunma sayı: 644

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1,7 dollar və ya 1,96% artaraq 88,39 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, ötən gün neftimiz 86,69 ABŞ dollarına ticarət edilib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.