Tezliklə Azərbaycan və Ermənistan XİN rəhbərləri Almatıda görüşəcəklər

tezlikle-azerbaycan-ve-ermenistan-xin-rehberleri-almatida-gorusecekler
Oxunma sayı: 1862

Xəbər verdiyimiz kimi, bu gün ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

“Qafqazinfo”nun məlumatına görə, telefon danışığı zamanı İlham Əliyev Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəyini deyib.

Dövlət başçısı bildirib ki, delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanması da müsbət bir addımdır.