“Azərişıq” Xocavəndin elektrik şəbəkəsini yeniləyir - Video

azerisiq-xocavendin-elektrik-sebekesini-yenileyir
Oxunma sayı: 284

“Azərişıq” tərəfindən yenidənqurma işləri çərçivəsində Xocavənd rayonunun Zoğalbulaq qəsəbəsində və şəhər ərazisində 35/0.4 kV-luq yeni yarımstansiyalar tikilib.

“Qafqazinfo” quruma istinadən xəbər verir ki, Hadrut, Qırmızı Bazar qəsəbələri və Sos kəndinə köçürülən ailələr üçün 0.4 kV-luq elektrik şəbəkəsi yenilənib, eləcə də 10 və 35 kV-luq hava xətlərində, mövcud transformator məntəqələrində təmir-bərpa işləri aparılıb, smart sayğaclar quraşdırılıb.

Hazırda şəhər ərazisi ilə yanaşı, Çörəkli, Güneyxırman, Qarakənd, Quzeyxırman, Xanoba kəndlərində təmir-bərpa və yenidənqurma işləri davam etdirilir.

Qeyd edək ki, vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” ASC ölkənin bütün regionlarında mərhələli şəkildə elektrik şəbəkəsinin yenilənməsi işlərini davam etdirir.