Azərbaycanda fəaliyyət göstərən ilk internet provayder şirkətlərindən biri olan “Azeronline Ltd” BM-in idarəetmə strukturunda dəyişiklik olub.
“Qafqazinfo” xəbər verir ki, bu ilin aprel ayından etibarən Kənan Məsumov “Azeronline Ltd” BM-nin baş müdiri vəzifəsinə təyin edilib.
Telekommunikasiya sahəsində 15 ildən artıq təcrübəyə malik olan Kənan Məsumov son 3 ildə sabit internet biznesinin idarə edilməsi sahəsində müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.
“Azerconnect” şirkətində Kommersiya direktoru və “Bakı Telefon Rabitəsi” MMC-də baş direktorun müşaviri vəzifəsini icra edib.
Kənan Məsumov Xəzər Universiteti və ABŞ-nin Berkshire Community College-ində təhsil alıb.
O, hazırda dünyanın aparıcı bizness məktəblərindən biri sayılan Birləşmiş Krallığın Warwick Business School-da Biznesin İdarə Edilməsi üzrə magistr təhsilini davam etdirir.