AzTV prezidentin Elnur Aslanovla bağlı sərəncamını vermədi- - Şok video

aztv-prezidentin-elnur-aslanovla-bagli-serencamini-vermedi-
Oxunma sayı: 9025


Prezident İlham Əliyevin Elnur Aslanovun işdən çıxarılması ilə bağlı martın 17-də verdiyi sərəncamın onun kurasiyasına daxil olan saytlarda işıqlandırılmaması ilə bağlı “Qafqazinfo” xəbər dərc etmişdi. 

Həmin xəbər ölkə gündəmində rezonansa səbəb olub. Demək olar ki, əksər mətbuat orqanları dövlət dəstəyi ilə fəaliyyət göstərən bu media orqanlarının Azərbaycan prezidentinin sərəncamını gözardına vurmasını, Elnur Aslanovun işdən çıxarılması dərc etməkdən imtina etməsini sensasiya kimi təqdim etmişdilər.

“Qafqazinfo” xəbər verir ki, bu gün daha bir şok fakt ortaya çıxıb. Məlum olub ki, ölkənin rəsmi dövlət kanalı olan AzTV prezident İlham Əliyevin sərəncamını verməyib. Belə ki, həmin gün ( 17 mart) bir sıra mühüm sərəncamlar imzalayan dövlət başçısının verdiyi qərarlar televiziyanın əsas xəbər bülletenində səsləndirilsə də, məlum sərəncamla bağlı bir cümlə belə məlumat efirə getməyib.

Bunun hansı səbəblə edildiyi haqda hələlik heç bir bilgi yoxdur. Ancaq müəyyən ipucuları da var. Belə ki, dünən “Qafqazinfo” Elnur Aslanovun ən yaxın silahdaşı Orxan Əkbərovla bağlı məlumat dərc etmişdi. Həmin məlumatı araşdırarkən məlum olmuşdu ki, ASAİF-in həmtəsisçisi, Elnur Aslanovun əsas kadrlarından biri sayılan Orxan Əkbərov, həm də AzTV sədri Arif Alışanovun kürəkənidir. Belə çıxır ki, nurçular və onların ideyaları AzTV-də də hakim mövqeyə çevrilib. Əks halda ölkənin rəsmi dövlət kanalı olan AzTV prezidentin sərəncamını hansı cəsarətlə efirə verməyə bilərdi?

İndi sizə həmin tarixdə efirə gedən “Xəbərlər”in əsas buraxılışında oxunan sərəncamları diqqətinizə çatdırırıq. Gördüyünüz kimi, aparıcı Elnur Aslanovla bağlı sərəncamı efirdə səsləndirmir.