Bağdaddakı ABŞ səfirliyinə hücum edildi - Video

bagdaddaki-abs-sefirliyine-hucum-edildi
Oxunma sayı: 733

İraqın paytaxtı Bağdadda yerləşən Amerika Birləşmiş Ştatlarının səfirliyi pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, AFP agentliyinə danışan rəsmi şəxs səfirliyin pilotsuz uçuş aparatı ilə vurulduğunu bildirib.

Digər təhlükəsizlik mənbəyi də diplomatik missiyanın hədəf alındığını təsdiqləyib.

Bildirilir ki, hücum Bağdadın ciddi şəkildə qorunan Yaşıl Zona adlanan ərazisində yerləşən ABŞ səfirliyi kompleksinə yönəlib. Hadisədən sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Məlumata görə, pilotsuz uçuş aparatı ilə hücum Bağdadda İranın dəstəklədiyi silahlı qrupları hədəf alan hava zərbəsindən qısa müddət sonra baş verib.

Təhlükəsizlik mənbələri bildiriblər ki, hava hücumu zamanı bir nəqliyyat vasitəsi hədəfə alınıb və nəticədə Xalq Səfərbərlik Qüvvələrinin bir üzvü həyatını itirib.