Bakı-Şamaxı yolunda avtomobillər toqquşdu - Foto

baki-samaxi-yolunda-avtomobiller-toqqusdu
Oxunma sayı: 2530

Bu gün Şamaxı-Bakı yolunun Qobustan rayonundan keçən hissəsində yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, paytaxt istiqamətində hərəkət edən “Kia Sorento” və “Chevrolet Cruze” markalı avtomobillər toqquşub. Nəticədə nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Hadisə yerində yol polisi əməkdaşları gəlib, araşdırma aparılır.