Bakı – Sumqayıt yolundan canlı yayım - Video

baki-sumqayit-yolundan-canli-yayim-
Oxunma sayı: 3304

Xəbər verdiyimiz kimi, sosial şəbəkə istifadəçiləri Bakı-Sumqayıt yolunda hərəkətin məhdudlaşdırıldığını və yolda uzun tıxaclar yarandığını yazır.

Qafqazinfo” xəbər verir ki, “Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli Yoldakı son vəziyyəti göstərmək üçün maraqlı addım atıb. O, sosial şəbəkə vasitəsi ilə şossedən canlı yayım verərək yolda heç bir problemin olmadığını vurğulayıb.

Mövcud vəziyyəti müşahidə edən A. Nəcəfli bildirib ki, yolda maşınlar sürüşür: “Çünki həmin maşınların təkərləri yay şinləridir. Hazırlıqsız vəziyyətdədir. Sonra deyirlər ki, yollar təmizlənmir, problemlər var. Təcrübəsiz sürücülər yollara çıxmayın! Digər hərəkət iştirakçılarına mane olursunuz. Maşınlar qışa hazırlıqsız olduğuna hərəkət edə bilmirlər. Sürüşə-sürüşə gedirlər. Ona görə də yollarda sıxlıq, tıxac yaranır. Belə olan halda bizim nəqliyyat vasitələri də gəlib çıxa bilmirlər. Elə bil ki, qışda yay paltarı geyinib yola çıxırlar”.

Günel Türksoy