Bakıda 1-ci sinif şagirdi qızılcadan öldü - Foto+Yenilənib

bakida-1-ci-sinif-sagirdi-qizilcadan-oldu
Oxunma sayı: 6459

Bakıda daha bir məktəbli qızılcadan vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, 2015-ci il təvəllüdlü Ömər Heydərov qızılca xəstəliyi səbəbindən həyatını itirib.

Ömər Nəsimi rayonunda yerləşən 5 saylı orta məktəbin rus bölməsinin 1D sinif şagirdi olub.

Həmçinin bu xəbəri oxuyun: Российское агентство «Интерфакс» использовало армянское клише - ПЛАЧ ПО «АРЦАХУ»

Məktəbdən saytımıza bildirilib ki, Ö.Heydərov xəstəliklə əlaqədar dekabrın 29-30-da dərslərdə iştirak edə bilməyib, daha sonra isə onun vəziyyəti pisləşib və dünyasını dəyişib.

Qeyd edək ki, son 2 ayda Azərbaycanda 10-a yaxın azyaşlı və yeniyetmə qızılcadan vəfat edib.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) müraciətimizə cavab olaraq bildirilib ki, yanvarın 7-də saat 12:25 radələrində 2015-ci il təvəllüdlü Ömər Heydərov ailə üzvləri tərəfindən tibb müəssisəsinə gətirilərkən onun həkiməqədər ölüm faktı qeydə alınıb.