Bakıda 7 ayda 65 piyada qəza qurbanı olub

bakida-7-ayda-65-piyada-qeza-qurbani-olub
Oxunma sayı: 1391

Bu ilin 7 ayı ərzində respublika üzrə piyadaların vurulması ilə nəticələnən 350 yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakı şəhəri üzrə bu göstərici 55 faiz təşkil edir.

Bu müddətdə paytaxt ərazisində 133 piyada vurma hadisəsi qeydə alınıb ki, nəticədə 65 nəfər ölüb, 77 nəfər xəsarət alıb.