Bakıda ana 1 yaşlı uşağını yeməyinə zəhər qataraq öldürdü

bakida-ana-1-yasli-usagini-yemeyine-zeher-qataraq-oldurdu
Oxunma sayı: 8302

Bakıda qadın körpə övladını qətlə yetirib.

“Qafqazinfo” Suraxanı Rayon Prokurorluğuna istinadən xəbər verir ki, sentyabrın 9-da  Suraxanı rayonu Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Həmçinin oxuyun: “Dedi ki, cin girdi beynimə” - 1 yaşlı körpənin qətlinin təfərrüatı + Video