Bakıda başına boru dəyən fəhlə faciəvi şəkildə öldü

Bakıda başına boru dəyən fəhlə faciəvi şəkildə öldü
Oxunma sayı: 2778

Bakıda tikintidə işləyən fəhlə faciəvi şəkildə dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Nəsimi rayonunun Neftçilər prospektində yaşayış binasının tikintisi zamanı baş verib.

Bakı şəhər sakini 1989-cu il təvəllüdlü İsmayılov Ramiz Vəli oğlu işləyən zaman onun başına boru dəyib. Ramiz İsmayılov hadisə yerində ölüb. Onun meyiti daxili müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tural Hüseynli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi