Bakıda bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, bıçaqlanan 49 yaşlı Rüfət Haşımovun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
Cinayəti onun 15 yaşlı qızının törətməsinə əsaslı şübhələr müəyyən edilib. Yeniyetmə saxlanılıb.
Qeyd edək ki, ilkin məlumata görə, R.Haşımov həyat yoldaşını döydüyü üçün qızı müdaxilə edib. Həmin vaxt bədbəxt hadisə baş verib.
Son xəbərlər
Son Xəbərlər