Bakıda bu meydana Taras Şevçenkonun adı verildi

bakida-bu-meydana-taras-sevcenkonun-adi-verildi
Oxunma sayı: 1519

Bakıdakı meydanlardan birinə Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun adı verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bura Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsi ünvanında, Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydandır.

Qeyd edək ki, meydanda yerləşən abidənin açılışı 2008-ci ildə olub.