Bakıda “dünyanın ən təhlükəli maşın yolu” - Video

bakida-dunyanin-en-tehlukeli-masin-yolu
Oxunma sayı: 9559

Bakının Neftçilər prospektində maraqlı olduğu qədər də təhlükəli hadisə baş verib.

Qafqazinfo” xəbər verir ki, prospektdə avtomobillər hərəkətdə olarkən lokomotiv sürücülər üçün nəzərdə tutulmuş zolaqlardan keçib. Bu zaman maşınların hərəkətində maneə yaranıb. Həmin anlar Cavid Sədrəddinzadə adlı vətəndaş tərəfindən çəkilərək sosial mediada paylaşılıb. Qeyd edilir ki, həmin yolda vaqonların hərəkəti haqda xəbərdarlıq edən yol nişanı yoxdur. Yol polisinin də həmin anda prospektdə olmaması məsələni daha da ciddiləşdirib.

Bu hadisə xarici medianın da diqqətinə səbəb olub, Azərbaycandakı bu yol haqda olan məlumatlar “dünyanın ən təhlükəli maşın yolu” başlığı ilə dərc edilib.

Qeyd edək ki, xəbər yayılandan sonra "Azəravtoyol" ASC sözügedən prospektdəki qatar relslərinin ləğvinə başlayıb.