Bakıda evdən gənc qızla oğlanın meyiti tapıldı - Yenilənib

bakida-evden-genc-qizla-oglanin-meyiti-tapildi
Oxunma sayı: 12346

Bakıda evdən gənc qızla oğlanın meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Ramana qəsəbəsi, dalan 1, ev 2 ünvanındakı fərdi yaşayış evində baş verib.

Mənzildə S.Məmmədov və A.Babayevanın (şərti) meyitləri aşkar edilib.

Vəfat edən qızın uşaq evində böyüdüyü bildirilir.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Əlavə məlumat veriləcək.

***

Baş Prokurorluq hadisə ilə bağlı məlumat yayıb. 

Məlumatda deyilir: “Aprelin 18-də paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazində yerləşən evlərdən birində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə Sabunçu rayon prokurorluğunda araşdırma aparılır”.