Bakıda gənc qız və 50 yaşlı kişi özünü binadan atıb.
“Qafqazinfo” “Kriminalqafqaz”a istinadən xəbər verir ki, sentyabrın 12-si 1995-ci il təvəllüdlü Könül İslam qızı Gülverdiyeva müalicə aldığı Xəzər Tibb Mərkəzinin 5-ci mərtəbəsindən özünü ataraq intihar edib.
Digər intihar isə sentyabrın 13-ü Yasamal rayonunda qeydə alınıb. Belə ki, 1972-ci il təvəllüdlü Elçin Yəhya oğlu Səfərov yaşadığı binanın 4-cü mərtəbəsindən özünü ataraq intihar edib.
Hər iki faktla bağlı araşdırmalar rayon prokurorluqları tərəfindən aparılır.
Son xəbərlər
Son Xəbərlər