Bakıda güclü külək əsir - Faktiki hava

bakida-guclu-kulek-esir
Oxunma sayı: 4012

Bu gün saat 08:00-a olan məlumata əsasən, ölkə ərazisində şimal-qərb küləyi əsir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, Naftalanda 28 m/s, Goranboyda 27 m/s, Tərtərdə 22 m/s, Gəncə və Şəmkirdə, 20 m/s, Quba, Ağdam, Bərdədə 18 m/s-yə çatır.