Bakıda hakim qəza törətdi

bakida-hakim-qeza-toretdi
Oxunma sayı: 7350

Gündüz saatlarında şəhərin mərkəzində avtomobil qəzası baş verib.

Qafqazinfo”nun qaynarinfo.az-a istinadən məlumatına görə, qəza Bakının İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Nissan” markalı 10-AS-016 dövlət nişanlı avtomobil ani olaraq idarəetməni itirərək yolun kənarındakı işıqfora çırpılıb. Nəticədə biri kişi, biri qadın olmaqla iki nəfər yüngül xəsarət alıb. Hadisə yerinə dərhal yol polisi cəlb olunub.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sözügedən avtomobil Konstitusiya Məhkəməsinin hakimlərindən birinin xidməti avtomobildir. Qəza hakim işə gedərkən baş verib, hələ ki, onun kimliyi barədə məlumat verilmir.