Bakıda iki yeniyetmə qız itkin düşüb.
“Qafqazinfo” xəbər verir ki, Yasamal rayonu Alatava yaşayış massivində yaşayan 2007-ci il təvəllüdlü E.Hacıyeva noyabrın 17-də evdən çıxıb və geri qayıtmayıb.
Suraxanı rayon Binə qəsəbə sakini, 16 yaşlı S.Kəlbalıyeva isə dünən evdən çıxaraq naməlum istiqamətə gedərək itkin düşüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər