Bakıda “Maşın bazarı”nda yanğın - Yenilənib

bakida-masin-bazarinda-yangin
Oxunma sayı: 3819

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Babək prospektində yerləşən Maşın bazarının ərazisində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, mağazada baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. 

Yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

***

 “Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 400 kv.m. olan bir dam altında tikilmiş 32 ədəd müxtəlif təyinatlı mağazalardan 4 ədədi 48 kv.m. sahədə yanıb.

Digər mağazalar yanğından mühafizə olunub.