Bakıda mənzildə yanğın olub, bir nəfər xəsarət alıb

bakida-menzilde-yangin-olub-bir-nefer-xesaret-alib
Oxunma sayı: 1241

Bakıda mənzildə baş vermiş yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Hadisə zamanı ümumi sahəsi 90 m² olan birmərtəbəli 6 otaqlı evin 1 otağının tavanı və ev əşyaları 10 m² sahədə yanıb. Yanğın nəticəsində 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.