Bakıda parkda yıxılan 14 yaşlı oğlan öldü

bakida-parkda-yixilan-14-yasli-oglan-oldu
Oxunma sayı: 2699

Paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində ölümlə nəticələnən hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, noyabrın 18-i saat 19 radələrində qəsəbədə yerləşən parkda 2011-ci il təvəllüdlü Qəhrəman Tural oğlu Əlişanlı huşunu itirərək yıxılıb.

O, xəstəxanaya aparılarkən yolda vəfat edib.

Yeniyetmənin yıxılma və ölüm səbəbi hələlik müəyyənləşməyib.

Faktla bağlı araşdırma aparılır.