Bakıda sükan arxasında sürücünün ürəyi dayandı

bakida-sukan-arxasinda-surucunun-ureyi-dayandi
Oxunma sayı: 643

Milli.Az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, Kürdəxanı qəsəbəsi istiqamətində hərəkət edən "Mercedes" markalı avtomobil qəfildən yoldan çıxıb. Maşın öncə yol kənarında dayanan "Mercedes" markalı avtomobilə, sonra isə başqa maneəyə dəyərək dayanıb.

Qəzaya səbəb olan avtomobilin sürücüsü sükan arxasında keçinib. Maşında olan həyat yoldaşı isə yüngül xəsarət alıb.

Zərərçəkənin polisə verdiyi ilkin ifadəsində göstərilib ki, həyat yoldaşının sükan arxasında ürəyi dayanıb, bu səbəbdən də idarəetməni itirib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hazırda hadisə yerində araşdırma aparırlar.